XƏBƏRLƏR / Energetika

“Şimal-1” ES-də istehsal olunan enerjinin miqdarı açıqlanıb

Energetika Nazirliyi xəbər verir

“Şimal-1” ES-də istehsal olunan enerjinin miqdarı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari il noyabrın 1-dək “Şimal-1” Elektrik Stansiyasında istismara verildiyi tarixdən 51,52 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

    Energetika Nazirliyindən bildirilib ki, “Şimal-1” Elektrik Stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.

    Gücü 265 meqavat olan 1 ədəd qaz turbini və gücü 135 meqavat olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 meqavat təşkil edir.

    Qeyd edək ki, ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” Elektrik Stansiyası Bakının 40 faizdən çox ərazisini elektrik enerjisi ilə təchiz edir.