İran Rusiyadan Azərbaycan vasitəsilə elektrik idxal edəcək
Bu barədə İran Energetika Nazirliyi məlumat verib FOTO
İran Rusiyanın cənub bölgələrindən Azərbaycan vasitəsilə elektrik enerjisi idxal etməyi planlaşdırır.
Bu barədə İran Energetika Nazirliyi məlumat verib.
Şəbəkə sinxronizasiyası məsələsi Tehranda İran və Rusiyanın energetika nazirləri Abbas Əliabadi və Sergey Tsivilev arasında keçirilən görüşdə müzakirə olunub. Birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

İranda Sirik İstilik Elektrik Stansiyasının tikintisi də müzakirə olunub. Qeyd olunur ki, İranda elektrik enerjisi çatışmazlığı yay aylarında pik həddə çatır.
1 dəqiqədən az