Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyası keçirilib
Komissiyanın 5-ci iclası Energetika Nazirliyində baş tutub
Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.
Məlumata görə, görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 1,4 milyard dollar təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb.
Sonda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Enterprise Greece Agentliyi arasında Birgə Komissiyanın 5-ci iclasının Protokolu və Anlaşma Memorandumu imzalanıb.