XƏBƏRLƏR / Energetika

Yanvar-mart aylarında elektrik enerjisi istehsalı 3% azalıb

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir

Yanvar-mart aylarında elektrik enerjisi istehsalı 3% azalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 540,9 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 3% azalma deməkdir.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 6 342,6 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,6% azalma).

    Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 5 466,3 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-mart göstəricisindən 4,3% azdır.

    Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

    Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külək elektrik stansiyaları 233 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 51,8 dəfə artım deməkdir.

    Azərbaycanda elektrik enerjisinin istehsalı:

    Məhsul növləri

    2026-cı ilin yanvar-mart aylarında istehsal edilmişdir

    Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

    Elektrik enerjisi, mln. kVt.s

    6 540,9

    97

    ondan əmtəəlik

    6 342,6

    97,4

    istilik elektrik stansiyalarının istehsalı

    5 466,3

    95,7

    su elektrik stansiyalarının

    istehsalı

    501,9

    75,8

    külək elektrik stansiyalarının istehsalı

    233

    51,8 d.

    günəş elektrik stansiyalarının istehsalı

    74,7

    101,1

    biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki

    66,7

    123,2