Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Britaniya da Rusiyanın “kölgə donanmasına” qarşı sanksiyalar tətbiq edib

Bunu bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında deyib.
Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanskiyalar paketi ilə bağlı hazırlıq prosesini yekunlaşdırır.
O, Rusiyanın neft satışına, məxfi neft tankerlərinə və banklarına yeni məhdudiyyətlərin qoyulacağını elan edib.
Bu arada, Böyük Britaniya da anti-Rusiya sanksiyaları siyahısına 70 gəmi əlavə edib ki, bu da Londonun məlumatına görə, Rusiya neftinin tədarükü ilə bağlıdır. Bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə deyilir.
"Böyük Britaniya Rusiya neftinin ixracına xidmət edən "kölgə donanmasına" qarşı tədbirlər görməyə davam edir. Bu gün daha 70 gəmiyə qarşı sanksiyalar tətbiq edilir", - bəyanatda deyilir.
Bu günə qədər Britaniya digər Avropa ölkələri arasında sanksiya siyahısına ən çox Rusiya tankerini əlavə edib.
Bundan əvvəl SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavodu və “Anozit” kimya sənayesi müəssisəsinə qarşı sanksiyaların tətbiq edildiyi bildirilirdi.
Bundan əlavə, genişləndirilmiş siyahıya kondansatör istehsalçısı AO Elekond, AO Experimental Design Bureau Ikar və optoelektronik avadanlıq istehsalçısı AO Proton daxildir.