Aİ Ukraynaya görə Azərbaycana təşəkkür etdi
Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ukrayna tərəfinin müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə yardım göndərilməsini təqdir edib. Bu barədə Mixalko “Twitter”də paylaşım edib.
“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin - Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”, - deyə Peter Mixalko vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təcavüzkarların cavab verəcəyini, mülki infrastrukturun məhv edilməsinin müharibə cinayəti olduğunu qeyd edib.