40 ton un 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir
İki TIR avqustun 29-dan Rusiya sülhməramlılarının postunun qarşısındadır
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
İçərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
“Məqsədimiz gətirdiyimiz ərzaq yükün ünvana çatdırmaqdır”.
Bunu Ceyhun Mirzəyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev deyib.
O, bildirib ki, artıq biz 5 gündür ki, müvafiq bir işçi heyəti ilə Ağdam-Xankəndi yolundadırlar.
"Gətirdiyimiz 40 ton un məmulatı ilə burda gözləyirik. Məqsəd, məramımız ondan ibarətdir ki, giriş izini alınan kimi bu və ya digər şəkildə bu iki yük maşınında olan ərzaq yükünü, daha dəqiq desək 40 ton unu, Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Bu gün hələki heç bir danışıqlar aparılmayıb. Ancaq hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlayacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndində olan erməni sakinlərə çatdırana kimi, biz burda qalacağıq işimizi davam etdirəcəyik".