XƏBƏRLƏR / İctimaiyyət

Şirvanda avtomat aşkarlanıb

DİN xəbər verir

Şirvanda avtomat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şirvanda avtomat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı bir ədəd avtomat aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.