XƏBƏRLƏR / İctimaiyyət

Rusiyadan idxal olunan toyuq ətində infeksiya tapılıb

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib

Rusiyadan idxal olunan toyuq ətində infeksiya tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qurman Plyus” MMC-nin Rusiyadan idxal etdiyi “Okoroçok Klassiçeskiy” və “Bud Dibi Halal” əmtəə nişanlı dondurulmuş toyuq məhsulu partiyalarından götürülmüş nümunələrin müayinəsi nəticəsində salmonella (təhlükəli qida infeksiyası) aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

    Bildirilib ki, faktla bağlı ümumi çəkisi 2035,99 kq olan 155 ədəd qablaşdırmada toyuq budu və ümumi çəkisi 2882 kq olan 262 ədəd qablaşdırmada toyuğun bud dibi məhv edilib.