Aktrisa Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Bu barədə onun qızı Mariya Şukşina məlumat verib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib.
Bu barədə onun qızı Mariya Şukşina məlumat verib.
Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də anadan olub. Aktrisanın ilk böyük işi "Həmyaşıdlar" (1959) filmi olub.
Lidiya Fedoseyeva-Şukşina "Peçki-lavoçki" (1972), "Kalina krasnaya" (1973), "Onlar Vətən uğrunda döyüşürdülər" (1975), "Trın-trava" və "12 stul" (1976), "Pyotrun gəncliyi" (1980), "Vivat, qvardiyaçılar!" (1991) və digər filmlərdə, "Peterburq sirləri" və "Peterburq sirlərinin açılışı" teleseriallarında çəkilib.
1 dəqiqədən az