“Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi Avstriya olub

Müsabiqə İsveçrədə keçirilirdi

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.

    Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.

    İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.

    Finalda Azərbaycan İsrail təmsilçisinə səs verib.

    Qeyd edək ki, finalda Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan mübarizə aparıb.

    Xatırladaq ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.