XƏBƏRLƏR / Təyyarə qəzası

Aleksandr Kalyaninov və Hökümə Əliyevanın yaxınları Aktauda

Valideynlər AZAL-ın Bakı-Qroznı reysinin qəzaya uğradığı yerdəki abidəni ziyarət ediblər

Aleksandr Kalyaninov və Hökümə Əliyevanın yaxınları Aktauda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Milli Qəhrəmanları Aleksandr Kalyaninovun və Hökümə Əliyevanın valideynləri AZAL-ın Bakı-Qroznı reysinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğradığı yerdəki abidəni ziyarət ediblər.

    2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin Aktau hava limanından bir neçə kilometr aralıda qəzaya uğrayıb. 38 nəfər həlak olub. Pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun qəhrəmanlıq hərəkətləri sayəsində reysdə olan 29 sərnişinin həyatını xilas etmək mümkün olub. Pilotların özləri, həmçinin stüardessa Hökümə Əliyeva həlak olub. Hər üçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.