XƏBƏRLƏR / Təyyarə qəzası

“Qara qutu”nun Braziliyaya göndərilməsi ədalətli qərardır

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib

“Qara qutu”nun Braziliyaya göndərilməsi ədalətli qərardır
Kasım-Jomart Tokayev
  • Oxuma müddəti:

    2 dəqiqə

  • "AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer” tipli təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır".

    Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ана тілі” nəşrinə müsahibəsində bildirib.

    “Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Qazaxıstan lideri bildirib.

    Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür.

    “Belə vəziyyətlərdə saniyələr gedir. Xilasedicilərimiz, həkimlərimiz və polislərimiz operativ, koordinasiyalı hərəkət ediblər, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Faciə yerinə yaxın olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatı xilas edilib. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm", - Qazaxıstan Prezidenti vurğulayıb.

    O əlavə edib ki, qazax xalqının təyyarə qəzasında həlak olanlarla həmrəyliyi və rəğbəti vətəndaşların kütləvi şəkildə qan verməyə tələsməsinin sübutudur.

    Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub.

    Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.