XƏBƏRLƏR / Təyyarə qəzası

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı təhqiqat yekunlaşır

Bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı təhqiqat yekunlaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.

    Bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.

    O, işin iki istiqamətdə - cinayət və texniki istiqamətdə davam etdiyini aydınlaşdırıb. Baş Prokurorluq cinayət hissəsi ilə məşğuldur. Prosessual araşdırma aparır və Rusiya istintaq orqanları ilə daim əlaqə saxlayır. Bozumbayev qeyd edib ki, "orada da irəliləyiş var" və qonşu ölkələrin liderlərinin açıqlamaları bu irəliləyişi təsdiqləyir.

    Texniki araşdırma Nəqliyyat Nazirliyi tərəfindən aparılır.

    "Hazırda texnologiyaların, aeronaviqasiya cihazlarının və s. lisenziya verənlərindən və ya sahiblərindən yekun nəticələri gözləyirik. Prinsip etibarilə, Nəqliyyat Nazirliyinin araşdırmasını başa çatdırmağa hazırıq -  bəlkə də bu il və ya gələn ilin əvvəlində. Baş Prokurorluğa gəldikdə isə, onlar sıx əlaqədədirlər. Orada da irəliləyiş var; qonşu dövlətlərin liderlərinin müxtəlif açıqlamalarını görmüsünüz", - Bozumbayev bildirib.

    O, həm texniki, həm də cinayət araşdırmalarının 2026-cı ildə başa çatacağını gözləyir.

    Xatırladaq ki, AZAL təyyarəsi 2024-cü ilin sentyabrında Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.