İlham Əliyev vida mərasimində iştirak edib FOTO
Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir
![İlham Əliyev vida mərasimində iştirak edib FOTO](/uploads/images/2024/12/rs/image_750x_67719db2ce00b-750-1080-resize.webp)
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.