Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək
Bu barədə QMİ-dən məlumat verilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək.
Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, QMİ sədri bu məqsədlə oktyabrın 13-də ABŞ-a səfərə yola düşür. A.Paşazadəni tədbirə G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Kol Dürham dəvət edib.
Vurğulanıb ki, oktyabrın 15-17-də ABŞ-ın Yuta ştatının paytaxtı Soltleyksiti şəhərində baş tutacaq Forumun mövzusu – "Davamlı ümid - ümumi gələcək"dir. QMİ sədri A.Paşazadənin forumda iştirakı və tədbir çərçivəsində rəsmilərlə görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. QMİ sədri G20 Dinlərarası Forumunun Bolonya, Bali, Puna, Keyptaynda keçirilən tədbirlərinin iştirakçısı olub.
1 dəqiqə