Alman lobbiçiləri Bakıda Putinin elçiləri ilə görüşüblər
Qapalı görüş barədə "The Times" qəzeti məlumat yayıb
Alman lobbiçiləri və keçmiş siyasətçilər Bakıda Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinin nümayəndələri ilə görüşüblər və bu, Avropa müttəfiqləri arasında narahatlıq yaradıb — "The Times"
Nəşrin məlumatına görə, ötən həftə Merkelin dövründə kansler vəzifəsində çalışmış Ronald Pofalla və Brandenburqun keçmiş baş naziri Matthias Platzekdən ibarət kiçik bir nümayəndə heyəti Bakıda Putinin yaxın çevrəsinin bir neçə üzvü ilə qapalı görüş keçirib. Görüş Bakıdakı "Four Seasons" otelində baş tutub.
Alman nəşrlərinin Die Zeit və ARD-yə istinadən verdiyi məlumata görə, Rusiya tərəfini Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və dövlət enerji şirkəti "Qazprom"un direktorlar şurasının sədri Viktor Zubkov təmsil edib.
1 dəqiqə