Almaniya Prezidenti Ştaynmayer yeni seçkilər təyin edib
Seçkilər 23 fevral 2025-ci ildə keçiriləcək
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deputatların kansler Olaf Şoltsa etimadsızlıq səsverməsindən sonra Bundestaqı buraxıb və növbədənkənar seçkilər təyin edib.
Seçkilər 23 fevral 2025-ci ildə keçiriləcək.
Xatırladaq ki, Bundestaq üzvlərinin əksəriyyəti koalisiyasının dağılmasından sonra Şolts hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib.