XƏBƏRLƏR / COP29

Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib

Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qarşılayıb

Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.