XƏBƏRLƏR / COP29

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

Qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qarşılayıb

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Aleksandar Vuçiç
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.