XƏBƏRLƏR / COP29

“Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi” yaradılıb

Bunu COP29 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov elan edib

“Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi” yaradılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • COP29 çərçivəsində “Sülh, xilasetmə və bərpa üçün İqlim Fəaliyyətinə Bakı çağırışı” çərçivəsində “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi” yaradılıb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İqlim və Sülh” yüksək səviyyəli qrupunun iclasında deyib.

    Diplomatın sözlərinə görə, Bakı Mərkəzi həssas regionlarda, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərində və zəif inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılığı dəstəkləmək üçün maliyyə və texniki resursların səfərbər edilməsini asanlaşdıraraq vədləri konkret fəaliyyətə çevirmək öhdəliyinə sadiqdir.

    Qeyd edək ki, “Sülh, xilasetmə və bərpa üçün İqlim Fəaliyyətinə Bakı çağırışı”nın özü qlobal öhdəlikləri bir daha təsdiq edir və iqlim dəyişikliyinin səbəb olduğu su çatışmazlığı, ərzaq təhlükəsizliyi riskləri, torpaqların deqradasiyası və əhalinin yerdəyişməsi kimi kritik problemlərin həllinə yönəlmiş tövsiyələr təklif edir.