XƏBƏRLƏR / İctimaiyyət

Altı şəhidin nəşi Xocavənddə dəfn olundu YENİLƏNİB

Onlar Birinci Qarabağ müharibəsində Xocavənd rayonunun Qaradağlı kəndi uğrunda vuruşublar

Altı şəhidin nəşi Xocavənddə dəfn olundu YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:03

    Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevlə keçirilən vida mərasimi başa çatıb.

    Şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

    Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    ***

    09:30

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərin nəşi Xocavəndə göndərilib.

    Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Mustafayev Qərib Həsrət oğlu və Mirzəyev Məmməd Hüseyn oğlunun nəşləri dəfn olması üçün Beyləqan rayonundan yola salınıb.

    Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan mərasimdə insan izdihamı yaşanıb. Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduğu və uğrunda həlak olduğu Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.

    Uğur Eldar oğlu Dadaşov 1975-ci il mayın 2-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

    Rəhim Məhkəmə oğlu Doluxanov 1958-ci il dekabrın 6-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

    Telman Tevon oğlu Tağıyev 1953-cü il fevralın 20-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində (Bəylik bağı) itkin düşüb.

    Sərvər İldırım oğlu Abbasov 1962-ci il noyabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

    Ədalət Şahmar oğlu Məmmədov 1958-ci il mayın 31-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

    Qərib Həsrət oğlu Mustafayev 1962-ci il iyulun 1-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.