XƏBƏRLƏR / İctimaiyyət

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib

Bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev məlumat verib

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib.

    Bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev özünün “Facebook” səhifəsində yazıb.

    O bildirib ki, qonaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və Səfirliyin əməkdaşları qarşılayıb.

    Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.

    Eyni zamanda, azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintiyə çıxacaqlar.

    Diplomatik nümayəndəlikdən o da qeyd edilib ki, bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.

    Səfir Yuri Qusev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.

    Onun sözlərinə görə, bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.