XƏBƏRLƏR / İctimaiyyət

May ayında neçə istirahət günü olacaq?

Faşizm üzərində Qələbə Günü, eləcə də Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin siyahısı

May ayında neçə istirahət günü olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda gələn ay 9 May - Faşizm üzərində Qələbə Günü, eləcə də Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günləri olacaq.

    ▪️Xüsusilə, 9 May - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, 11 May Bazar ertəsi də qeyri-iş günü elan edilib.

    ▪️Bundan əlavə, Qurban Bayramı bu il 27 və 28 May (Çərşənbə və Cümə axşamı) tarixlərinə təsadüf edir. Ölkədə həmçinin 28 Mayda Müstəqillik Günü qeyd olunur.

    ▪️Üst-üstə düşən bayram günləri səbəbindən vətəndaşlara əlavə istirahət günü verilir. Buna görə də, 29 May Cümə günü də qeyri-iş günü elan edilib.

    Beş günlük iş həftəsində işləyənlər üçün 27, 28, 29, 30 və 31 may (çərşənbə günündən bazar ertəsinə qədər ardıcıl beş gün) istirahət günləri olacaq. Həftədə altı gün işləyənlər üçün 27, 28, 29 və 31 may qeyri-iş günləri, 30 may şənbə günü isə iş günü olacaq.

    Bundan əlavə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bütün iş yerlərində iş saatları bayramqabağı iş günlərində bir saat azaldılır.