Amerika kəşfiyyatı Priqojin qiyamından çoxdan məlumatlı imiş
Bu barədə “The Washington Post” məlumat yayıb
Amerika kəşfiyyatı "Vaqner" ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojinin planları və iyunun ortalarında mümkün üsyan haqqında öyrənib, bundan sonra dərhal Ağ Evə və ABŞ-ın digər dövlət qurumlarına məlumat veriblər. Bu barədə “The Washington Post” məlumat yayıb.
Qeyd olunur ki, Priqojinin həyata keçirmək niyyətində olduğu dəqiq fəaliyyət planı, eləcə də onların dəqiq vaxtı qeyri-müəyyən olaraq qalır.