XƏBƏRLƏR / İctimaiyyət

Kürdəmirdə toyda 92 nəfər, o cümlədən 23 uşaq zəhərlənib

Bu barədə Baş Prokurorlıuğun Mətbuat xidmətindən məlumat verilib

Kürdəmirdə toyda 92 nəfər, o cümlədən 23 uşaq zəhərlənib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 11:44

    Prokurorluq Kürdəmirdə şadlıq evində 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır.

    Bu barədə Baş Prokurorlıuğun Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır:

    "Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

    Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb".

    ***

    10:15


    Sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Kürdəmir rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    09:46

    Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Qeyd olunub ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

    AQTA-nın məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı diqqətə çatdırılıb.

    Agentlik hadisə ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

    ***

    09:30


    Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.

    Onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.

    Faktla bağlı araşdırmalar aparılır.

    ***

    Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.

    Onlardan 7-si azyaşlıdır.

    Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

    Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Fakt araşdırılır.

    ***

    Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

    Hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

    Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

    Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Fakt araşdırılır.