XƏBƏRLƏR / İctimaiyyət

BTQ ilə Qvadelupa ANXB memorandum imzalayıb

Sənəd Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində imzalanıb

BTQ ilə Qvadelupa ANXB memorandum imzalayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 29-da Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb.

    Memorandumu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep ilə BTQ-nin icraçı direktoru Abbas Abbasov imzalayıblar.