Priqojin Belarusda öldürülə bilər
Bu barədə CNN-in Moskva bürosunun keçmiş rəhbəri Cill Doqerti danışıb
"Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinin Belarusda öldürülməsi ssenarisi tamamilə mümkündür. Bu barədə CNN-in Moskva bürosunun keçmiş rəhbəri Cill Doqerti danışıb.
Məlumata əsasən, Putin indi 2000-ci ildən bəri hakimiyyətinə qarşı ən ciddi sınaqların nəticələrini dəf etməlidir.
Doqertinin sözlərinə görə, Putin satqınları bağışlamır və qərarlarından asılı olmayaraq Priqojinə bildiyi kimi davranacaq.
“Priqojinin Belarusda öldürülməsi tamamilə mümkündür, çünki nə qədər ki, onun müəyyən dəstəyi var, o, harada olmasından asılı olmayaraq təhlükədir”, - o deyib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.