İranda həbs edilən Fərid Səfərliyə hökm oxunacaq
Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib
İranda həbs edilən Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq.
Bu barədə APA-ya onun anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb:
Dilarə Əsgərova bildirib ki, oğluna yaxın günlərdə hökm oxunacaq: “Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyib. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar”.