XƏBƏRLƏR / İctimaiyyət

Qəbələdə toy məclisində zəhərlənənlərin hamısı evə buraxılıb

YENİLƏNİB

Qəbələdə toy məclisində zəhərlənənlərin hamısı evə buraxılıb
Şəhanə Pənahova
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:45

    Xəbər verildiyi kimi ötən gün axşam saatlarında Qəbələnin Zarağan qəsəbəsində yerləşən şadlıq evlərindən birində qida zəhərlənməsi olub.

    Toy məclisində iştirak edən 60 nəfərə yaxın insan Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

    Xəstəxanasının terapiya şöbəsinin müdiri Şəhanə Pənahova bildirib ki, qida zəhərlənməsi ilə bağlı müraciətlər daxil olan andan etibarən acil şöbə ilə yanaşı müvafiq şöbələrin əməkdaşları xəstələrin müayinə və müalicəsinə cəlb ediliblər.

    “Qəbələ Rayon Mərkəzi Xəstəxanasnın təcili yardım şöbəsinə epkastral nahiyyələrdə ağrı, qusma, ürək bulanma, defekasiya aktının tezləşməsi və yüksək temperaturla xəstələr daxil olmağa başlayan andan biz həkimlər olaraq bütün qabaqlayıcı tədbirləri görməyə başladıq. Bütün xəstələrin şikayətləri eyni idi. İlkin araşdırma və müayinələrə əsasən xəstələr eyni toy mərasimində iştirak edib və oradakı qidalarla qidalanıblar. Xəstələrə ilkin tibbi yardım göstərilib və gecə ambulator müalicəyə, evlərinə yazılıblar”, deyən Şəhanə Pənahova xəstələrlə yerli tibb məntəqələrində həkim briqadaları tərəfindən nəzarət olunduğunu, həyatı təhlükələrinin qalmadığını bildirib.

    Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidməti də məsələ ilə bağlı məlumat yayıb. Belə ki, Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

    ***

    12:32

    Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

    ***

    10:24

    Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

    Zəhərlənmə rayonda şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

    Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

    Faktla bağlı araşdırma gedir.