XƏBƏRLƏR / İctimaiyyət

Yasamal, Mingəçevir və Yevlaxda işıq olmayacaq

“Azərişıq” ASC xəbər verir

Yasamal, Mingəçevir və Yevlaxda işıq olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 9-da Yasamal rayonunda Transformator Məntəqəsində, Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

    “Azərişıq” ASC-dən bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

    Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan şəhərin Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

    Planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərini də əhatə edəcək.

    Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.