Həsən Nəsrullahın dəfn müəmması
"Hizbullah" hərəkatı AFP və “Sky News Arabia”nın məlumatını təkzib edir

Livanın "Hizbullah" hərəkatındakı mənbə “Asharq al-Awsat” qəzetinə verdiyi şərhdə, İsrailin hücumu nəticəsində öldürülən təşkilatın baş katibi Həsən Nəsrullahın gizli bir yerdə gizli dəfn edilməsi ilə bağlı məlumatı təkzib edib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, “dəfn olunma tarixi və yeri ilə bağlı qərar hələ verilməyib”.
Qeyd edək ki, "Hizbullah" əvvəlcə Nəsrullahı Kərbəlada (İraq) imam Hüseyn məqbərəsinin yanında basdırılması haqda xəbər yaymışıdı.
***
Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviasiya zərbəsi nəticəsində ölən “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.
“Sky News Arabia” telekanalı bu barədə təşkilata olan yaxın mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi nəzərə alınaraq verilib.
“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yetişənədək gizli şəkildə və gizli yerdə basdırılıb”, - deyə mənbə bildirib.
Mənbə bildirib ki, rəsmi dəfn mərasimi “mümkün olanda” baş tutacaq.