XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda 60 yaşdan sonra boşananların sayı açıqlanıb

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib

Azərbaycanda 60 yaşdan sonra boşananların sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2022-ci ildə Azərbaycanda ümumilikdə 15983 boşanma olub ki, bunlardan da 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, 18 yaşadək kişilər arasında boşanma qeydə alınmasa da, eyni yaş qrupunda olan qadınlar arasında 3 boşanma olub.

    Həmçinin 18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma qeydə alınıb. 19 yaşda kişilər arasında 2, qadınlar arasında 136 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında 432, qadınlar arasında 2026 boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2363, qadınlar arasında 3868 boşanma qeydə alınıb.

    30-34 yaşda kişilər arasında 4198, qadınlar arasında 3925 boşanma qeydə alınıb. 35-39 yaşda kişilər arasında 3525, qadınlar arasında isə 2614 boşanma qeydə alınıb. 40-44 yaşda kişilər arasında 2254, qadınlar arasında isə 1398 boşanma qeydə alınıb. 45-49 yaşda kişilər arasında 1288, qadınlar arasında isə 804 boşanma qeydə alınıb. 50-54 yaşda kişilər arasında 815, qadınlar arasında isə 560 boşanma qeydə alınıb.

    55-59 yaşda kişilər arasında 533, qadınlar arasında isə 337 boşanma qeydə alınıb. Naməlum yaşda kişilər arasında 44, qadınlar arasında isə 7 boşanma qeydə alınıb.