XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda ən yaşlı kişi 110 yaşında rəhmətə gedib

Hilal İbrahimov 2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə etmişdi

Azərbaycanda ən yaşlı kişi 110 yaşında rəhmətə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

    1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir.

    H.İbrahimov Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı. 

    Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.

    O, 2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləmişdi.