XƏBƏRLƏR / İctimaiyyət

Amerikalı senator Azərbaycana qarşı çıxış etdi

Kardin Azərbaycan siyasətçilərinə qarşı sanksiyaların və viza məhdudiyyətlərinin tətbiqini təklif edib

Amerikalı senator Azərbaycana qarşı çıxış etdi
Ben Kardin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daha bir amerikalı senator Azərbaycanla bağlı qərəz nümayiş etdirib. Senator Ben Kardin ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub göndərərək Qarabağda həyata keçiriliən 19-20 sentyabr tarixli antiterror tədbirlərinə görə Azərbaycana qarşı sərt tədbirlər görməyə çağırıb.

    Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi məlumat yayıb.

    “Mən Azərbaycanın xüsusən də Zəngəzur dəhlizi ilə bağlı əlavə hərbi əməliyyatlar həyata keçirə biləcəyindən dərin narahatam”, - senator hiddətini nümayiş etdirib.

    Kardin Blinkenə Azərbaycan siyasətçilərinə qarşı sanksiyaların və viza məhdudiyyətlərinin tətbiqini təklif edib.

    Amerikalı senator açıq-aşkar erməniləri müdafiə edib.