Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilib VİDEO

Orxan Əsgərov İrandakı səfirliyimizə terror hücumu zamanı həlak olub

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Şəhidimizlə evindəki vida mərasimi başa çatıb. Hazırda onun cənazəsi dəfn olunması üçün II Şəhidlər xiyabanına aparılır.

    Xatırladaq ki, yanvarın 27-də səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edənin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəni terror adlandırıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.