İrəvanda Qarabağ müzakirəsi gedir
Qapalı müzakirədə özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan da var
Bu gün İrəvandakı “Marriott” otelində Ermənistanın “Demokratik birlik” partiyasının sədri Suren Petrosyanın təşəbbüsü ilə Qarabağa dair müzakirə başlayıb.
Qapalı müzakirədə özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan və Ermənistan Respublikasının bəzi deputatları iştirak edirlər.
Bu barədə “Hraparak”a prezident aparatının əməkdaşlarından biri məlumat verib.
Şahramanyan müzakirələrə qondarma “Artsax”ın bəzi “keçmiş məmurları” ilə qatılıb.
Jurnalistlər iclas zalına buraxılmayıb.