BLOQ

Anam

İstəyir ki, bunda bir xəstəlik çıxsın, hamı da nazı ilə oynasın

Anam
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Anam tez-tez özündə bir xəstəlik tapır və o xəstəliyi ilə hamımızı təsir altında saxlayır. Məsələn, tanıdığı adamlardan kimsə beyninə qan sızıb dünyasını dəyişirsə, anam deyir, mən də elə olacağam. Yığışıb bunun könlünü alırıq. Ay ana, bəsdi, sən hara, beyinə qan sızmaq hara? Evdə nazı ilə oynayırıq.

    Bir müddət keçir, kimsə xərçəngdən ölür. Yenə başlayır ki, məndə də pis xəstəlik var. Ay ana, bəsdi, sən hara, xərçəng hara? Nazı ilə oynayırıq, könlünü alırıq, güldürürük. Elə bil xoşu gəlir. İstəyir ki, bunda bir xəstəlik çıxsın, hamı da nazı ilə oynasın. Nə deyir, onu da eləyək.

    Bir aydı yenə düşüb üstümüzə ki, mən trombdan öləcəm. Axırı bu gün aparıb anju elətdirmişik. Dedilər, nə ürəyində bir problem var, nə də damarlarında. Hər şey gül kimidi. Anamın qanı qaraldı ki, niyə bundan bir problem çıxmır.

    İndi yenə oturub evdə internetdən özünə xəstəlik axtarır.