ANAMA: Ağdamda 2 kilometr radiusda 49 483 mina qalıb
Bunu ANAMA Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib
![ANAMA: Ağdamda 2 kilometr radiusda 49 483 mina qalıb](/uploads/images/2023/02/rs/image_750x_63edf3afa7f09-750-1080-resize.webp)
ANAMA: Ağdamda 2 kilometr radiusda 49 483 mina qalıb
Ağdamın 7 kəndi keçmiş təmas xəttinin ərazisində yerləşir. 2 km radiusda ərazidə 49 483 tank və piyada əleyhinə mina qalıb.
Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib.
O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. Təkcə Ağdamda 64 mina partlayışı baş verib. O da qeyd olunub ki, Ağdamda hələ də otlaq sahələri müəyyən edilməyib.