XƏBƏRLƏR / Qayıdış

Xankəndidə çay və qəhvə festivalı keçirilib

Festival atəşfəşanlıqla başa çatıb

Xankəndidə çay və qəhvə festivalı keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində iki gün davam edən çay və qəhvə festivalına mayın 30-da atəşfəşanlıqla yekun vurulub. Xankəndi səması rəngarəng işıqlara bürünüb.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 20-dən çox yerli və xarici şirkətin qatıldığı festivalda qonaqlara müxtəlif çay və qəhvə növləri təqdim olunub.

    Festival yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

    Tədbirin əsas məqsədi çay və qəhvə mədəniyyətinin təbliği, yerli istehsalçıların tanıdılması və Xankəndinin sosial-mədəni həyatının canlandırılmasına töhfə vermək olub.