Heydər Əliyevə gətirilən daş parçası Ağdam Cümə məscidində
Bununla bağlı Heydər Əliyev Fondunun sosial şəbəkədəki paylaşımında qeyd edilir VIDEO
24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təqdim olunan bir parça daş Ağdam Cümə məscidinə qaytarılıb.
Bununla bağlı Heydər Əliyev Fondunun sosial şəbəkədəki paylaşımında qeyd edilir.
Məlumatda bildirilir: "Ağdam Cümə məscidinə aid olan daş parçası işğal dövründə - 9 may 2000-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə təqdim olunmuşdu.
İllər sonra həmin daş parçası bərpadan sonra açılışı olan Ağdam Cümə məscidinə qaytarılıb".
Xatırladaq ki, Keri Kavano 24 il əvvəl Ağdam Cümə məscidinə aid olan həmin daş parçasını ulu öndər Heydər Əliyevə təqdim edərkən “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”, - ifadələrini işlətmişdi.