Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb YENİLƏNİB
Köç edənlər ölkənin müxtəlif yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir
13:20
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərin mənzillərinin açarları təqdim olunub.

Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülüb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində çıxış edərək sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.
M.Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib:
"Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur".
***
09:45
Bu gün Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülür.


Doğma yurda doğru yola çıxan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1127 nəfər (289 ailə)
Kolatağ - 139 nəfər (36 ailə)
Vəngli - 595 nəfər (149 ailə)
Aşağı Oratağ - 496 nəfər (110 ailə)
Çapar - 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 165 nəfər (41 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
Kiçik Qaladərəsi - 15 nəfər (51 nəfər)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1063 nəfər (238 ailə)
Təzəbinə - 760 nəfər (168 ailə)
Xanyurdu - 488 nəfər (134 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 387 nəfər (125 ailə)
Seyidbəyli - 259 nəfər (71 ailə)
Daşbulaq - 133 nəfər (33 ailə)
Xanabad - 115 nəfər (31 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Şükürbəyli - 1756 nəfər (400 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1649 nəfər (388 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 1217 nəfər (499 ailə)
Hadrut - 261 nəfər (64 ailə)
Qırmızı Bazar - 898 nəfər (211 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 202 nəfər (74 ailə)
Quzeyxırman - 87 nəfər (21 ailə)
Güneyxırman - 72 nəfər (18 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 332 nəfər (76 ailə)
Kərkicahan - 174 nəfər (43 ailə)
Cəmi: 36 007 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.
4 dəqiqə