Qayıdış

ANAMA minatəmizləməyə dair aylıq hesabatını açıqlayıb

İyul ayının hesabatı dərc edilib

ANAMA minatəmizləməyə dair aylıq hesabatını açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarına dair aylıq hesabatını açıqlayıb.

    İyul ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl, Xankəndi, eləcə də Zəngilan rayonlarında 265 piyada əleyhinə mina, 57 tank əleyhinə mina, 2007 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 7058,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.