XƏBƏRLƏR / Qayıdış

Xankəndidə narkotik və silah-sursat aşkarlandı

DİN xəbər verir

Xankəndidə narkotik və silah-sursat aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndidə narkotik vasitə və silah-sursat aşkar edilib.

    Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.