XƏBƏRLƏR / İctimaiyyət

ANAMA-nın avtobusu Laçında qəza edib

Altı nəfər xəsarət aldı

ANAMA-nın avtobusu Laçında qəza edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə məxsus avtobus Laçın rayonu ərazisində qəza edib.

    Bu barədə ANAMA məlumat yayıb.

    Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

    Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.