XƏBƏRLƏR / Qayıdış

ANAMA-ya 4 ədəd "Revival P" minatəmizləmə maşını verilib

Avadanlıq "Made in Azerbaijan" brendi ilə buraxılıb və beynəlxalq standartlara uyğundur

ANAMA-ya 4 ədəd "Revival P" minatəmizləmə maşını verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "İmprotex" şirkətlər qrupu tərəfindən ANAMA-ya 4 ədəd Revival P mexaniki minatəmizləmə maşını təhvil verilib.

    Avadanlıq "Made in Azerbaijan" brendi ilə buraxılıb və beynəlxalq standartlara uyğundur.

    Müqaviləyə əsasən, ilin sonuna kimi daha 8 avtomobilin - 6 Revival P və 2 Revival T qurğusunun alınması planlaşdırılır.