ANS-in yeni layihəsi:"İşğaldan azadlığa": Füzuli. 1-ci hissə
Bu sənədli film Füzuli uğrunda gedən döyüşlərin bitməsindən 28 il sonra istehsal olundu
17 oktyabr 2020-ci ildə Qarabağın digər rayonları kimi, Füzuli rayonu Ermənistanın işğalından azad edildi. Bu filmdə həm arxiv kadrları, 1993-cü ildə Füzuli rayonunun azərbaycanlıların nəzarətindən faciəvi çıxma səbəbləri, həm də ondan sonra - 28 il Ermənistan işğalı altında olan dövrdə rayonun necə talan və qarət edildiyi əks olunur.