Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bu barədə vəkil Adil Layıc məlumat verib
Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsindən imtina edən Xətai məhkəməsinin qərarından şikayəti təmin etməyib.
Qeyd edək ki, indiyədək məhkəmə fəalın ev dustaqlığına buraxılması barədə qətimkan tədbirinin dəyişdirilməsinə dair şikayətlərini dörd dəfə rədd edib.
Vəkil Adil Layıc "Turan"a deyib ki, 43 gündür aclıq edən Bəxtiyar Hacıyev məhkəmə iclasında iştirak edib. Məhbusları daşıyan avtomobildə onun halı pisləşib.