XƏBƏRLƏR / Məhkəmə

"Hüriyyət"in baş redaktoru barəsində həbs qətimkan tədbiri

Bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib

"Hüriyyət"in baş redaktoru barəsində həbs qətimkan tədbiri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

    V.Məmmədov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.