XƏBƏRLƏR / Biznes

“Apple” smartfon istehsalçıları siyahısında ikinci yerdədir

“Apple” bir il əvvəlki 55,4 milyon qarşı 50,1 milyon satıb

“Apple” smartfon istehsalçıları siyahısında ikinci yerdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin birinci rübündə “Apple” smartfonlarının tədarükü təxminən 10 % azalıb.

    "Reuters" xəbər verir ki, bu barədə IDC araşdırma şirkəti bildirib.

    “Apple” ən böyük istehsalçılar reytinqində birinci yeri “Samsung”a uduzaraq yenidən ikinci yerə düşüb. Amerika korporasiyası 2023-cü ilin yekununda Cənubi Koreya şirkətini geridə qoymuşdu.

    2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7,8 % artaraq 289,4 milyon ədədə çatıb. “Samsung”un payı 20,8 %, “Apple” – 17,3 %, “Xiaomi” – 14,1 % təşkil edib.

    İlin əvvəlində yeni flaqman modeli “Galaxy S24”ü təqdim edən “Samsung” ilk rübdə 60 milyondan çox smartfon tədarük edib. “Apple” bir il əvvəlki 55,4 milyon qarşı 50,1 milyon satıb.